Sadiq Qurbanov: “Ordumuz bizim milli qürurumuzdur!
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 28 May – Müstəqillik Günü münasibətilə saytımıza verdiyi açıqlamada səsləndirib. Sadiq Qurbanov bildirib ki, müasir Azərbaycan dövlətinin qüdrətini və müstəqilliyini təcəssüm etdirən əsas amillərdən biri onun güclü ordusudur. Azərbaycan Ordusu bu gün xalqımızın milli qürur mənbəyi, dövlətimizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısıdır.
