Milli Məclisdə görüş
İyunun 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Ali Al-Yaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə komitə sədri Azərbaycan-İƏT əlaqələrinin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. O, bu təşkilatın üzv ölkələri düşündürən məsələlərin
