İyul 9, 2026
Baku

Xəbərlər

İqtisadiyyat Xəbərlər

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Belə ki, uçot dərəcəsi 6,5% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib. Gundelik.az-ın AMB-yə istinadən məlumatına görə, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal

Read More
Xəbərlər

Sadiq Qurbanov: “Türkmənistan Azərbaycan xalqları eyni kökün budaqlarıdır!”

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 22 iyun 2026-cı ildə  Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat barədə məsələyə münasibət bildirərkən deyib. O, bildirib ki, Türkmənistan və Azərbaycan xalqları eyni sou-kökə malik xalqdır. Türkmənistan Azərbaycan münasibətləri Türk xalqlarının birgə inkişafı fonunda dəyərləndirilməlidir. Görüşdə

Read More
Siyasət Xəbərlər

İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. Gundelik.az xəbər verir ki, müraciətin mətnini Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib.

Read More
Dünya Hadisə Xəbərlər

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Rusiyanın Orenburq vilayətindəki qaz sənayesi obyektinə dron ilə zərbə endirib. Gundelik.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Exilenova+” teleqram kanalına istinadən məlumat yayıb. Məlumata görə, müəssisənin ərazisində bir neçə yanğın qeydə alınıb.

Read More
Dünya Xəbərlər

Süni intellekt məhkəmədə qələbə qazandı

İngiltərə məhkəmə sistemində ilk dəfə süni intellekt tərəfindən hazırlanmış hüquqi müdafiə uğurla nəticələnib. Süni intellekt hüquq şirkətinin hazırladığı iş sənədləri əsasında aparılan prosesdə məhkəmə iddiaçının xeyrinə qərar verib. Gundelik.az xəbər verir ki, İngiltərədə insan resursları üzrə müstəqil məsləhətçi kimi çalışan bir şəxs 7 min funt-sterlinqlik borcunu geri almaq üçün süni intellekt hüquq platformasına təxminən 400

Read More
İqtisadiyyat Xəbərlər

İlon Mask trilyoner statusunu itirdi

“SpaceX”in qurucusu İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı düşüb. Bu barədə Gundelik.az “Bloomberg Billionaires Index“ə istinadən xəbər verir. Son dəyişikliklər zamanı iş adamının sərvəti 118 milyard dollar azalaraq 957 milyard dollara enib. Qeyd edək ki, 12 iyunda Mask, şirkətinin səhmləri ictimaiyyətə açıqlandıqdan sonra sərvəti 1 trilyon dolları keçən dünyada ilk şəxs olub. O, təxminən iki həftə trilyoner olaraq

Read More
Siyasət Xəbərlər

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Gundelik.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Read More
Dünya Siyasət Xəbərlər

Oman və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldi

Oman və İran gəmilərə göstərilən xidmətlərin dəyəri də daxil olmaqla, Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunmasının müzakirəsi üçün birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər. Gundelik.az xəbər verir ki, bu barədə İran nümayəndə heyətinin Maskata səfərinin yekunlarına dair iki ölkənin birgə bəyanatında deyilir. “Tərəflər beynəlxalq standartlara uyğun olaraq Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, göstərilən xidmətlər

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dəri xərçəngi təhlükəsi: Havanın istiləşməsi riskləri artırır

Yay aylarında günəş şüalarının təsiri gücləndikcə dəri sağlamlığı üçün risklər də artır. Günəş altında qorunmadan uzun müddət qalmaq təkcə yanıq və ya ləkələrin yaranmasına deyil, uzunmüddətli perspektivdə dəri xərçəngi riskinin yüksəlməsinə səbəb olur. Mütəxəssislər xüsusilə risk qrupuna daxil olan şəxslərin daha diqqətli olmalı olduğunu vurğulayırlar. Temperaturun yüksəlməsi ilə günəşin zərərli təsirləri daha qabarıq şəkildə özünü

Read More
Dünya Siyasət Xəbərlər

Pezeşkian Pakistandadır

İran Prezidenti Məsud Pezeşkian Pakistana birgünlük dövlət səfərinə gedib. Gundelik.az PTV-yə istinadən xəbər verir ki, İran liderini ölkənin xarici işlər naziri Abbas Əraqçi müşayiət edir. İran nümayəndə heyətini Nur Xan aviabazasında Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar qarşılayıblar. Səfərin gündəliyinə Tehran və İslamabad arasında ikitərəfli əməkdaşlıq

Read More