İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

İlon Mask trilyoner statusunu itirdi

“SpaceX”in qurucusu İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı düşüb.

Bu barədə Gundelik.az “Bloomberg Billionaires Indexə istinadən xəbər verir.

Son dəyişikliklər zamanı iş adamının sərvəti 118 milyard dollar azalaraq 957 milyard dollara enib.

Qeyd edək ki, 12 iyunda Mask, şirkətinin səhmləri ictimaiyyətə açıqlandıqdan sonra sərvəti 1 trilyon dolları keçən dünyada ilk şəxs olub. O, təxminən iki həftə trilyoner olaraq qalıb.

Bundan əlavə, ticarət məlumatlarına görə, 16 iyundan bəri Nasdaq fond birjasında Teslanın səhmləri 4,14%, SpaceXin səhmləri isə 17,13% ucuzlaşıb.