Azərbaycanda bu sektorda maaş artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 915,5 manat təşkil edib. Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 807,8 manat, özəl sektorda isə 1 982,3 manat olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 1 %, o cümlədən dövlət sektorunda 15,3 % artıb, özəl sektorda isə 7,5 %
