Bakının mərkəzində ev yandı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Nəsimi rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Gundelik.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Ətraflı məlumat veriləcək.
