Ötən həftə sonu İslamabadda keçirilən kritik nüvə danışıqlarında razılığa gəlinməyib. Danışıqlar nəticəsiz başa çatıb. Tərəflər arasında ən böyük mübahisəli məqamlar nüvə proqramının müddəti və zənginləşdirilmiş uranın gələcəyi olub.
Məlumata görə, ABŞ nümayəndə heyəti İrandan nüvə fəaliyyətlərini uzun müddət dayandırılmasını və zənginləşdirilmiş uranı ölkədən çıxarılmasını tələb edib. ABŞ tərəfi bu müddəti 20 il olaraq təyin edib. Lakin İranın yalnız 5 illik müvəqqəti dayandırma təklif etdiyi bildirilib. İddialara görə, bu təklif Vaşinqton tərəfindən qəbul edilməyib.
Danışıqlar təkcə nüvə proqramını eyil, həm də regional məsələləri əhatə edib. Hörmüz boğazından sərbəst keçidin təmin edilməsi və İranın bölgədəki müəyyən qruplara dəstəyi məsələsi də müzakirə olunub. ABŞ vitse-prezidenti Vens danışıqların nəticəsiz qaldığını və danışıqların ABŞ-a qayıdacağını açıqlayıb.
İran tərəfi fikir ayrılığının ABŞA-ın “həddindən artıq tələblərindən” qaynaqlandığını iddia etdi. Diplomatik mənbələr neytrallıq və danışıqların davam etdirilməsi üçün qapının hələ tam bağlanmadığını bildirdilər.
Tərtib edən:Cəfərova Kəmalə
İstinad : CNN
Gundelik.az
