İyul 8, 2026
Baku

Xəbərlər

Dünya Xəbərlər

ABŞ-də süni intellekt səbəbindən iş yerlərinin itirilməsi rekord həddə çatıb

ABŞ-də süni intellekt əsas gətirilərək işdən çıxarılanların sayı may ayına olan məlumata görə 87 min 714 nəfərə çataraq rekord səviyyəyə yüksəlib. Süni intellekt ardıcıl üç ay ölkədə məşğulluq itkilərinin əsas səbəbi kimi qeydə alınıb. Texnologiya sektorunda işdən çıxarılanların ümumi sayı isə ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə 66 faiz artaraq 123

Read More
Ölkə Xəbərlər

“BakıKart”ın satış qiyməti bahalaşdı

Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti 2 manatdan 3 manata qaldırılıb. Gundelik.az xəbər verir ki, bu barədə “BakıKart” rəsmi sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, “BakıKart” kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub. “Bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Tramp kriptovalyuta layihələrindən 1,4 milyard dollardan çox gəlir əldə edib

ABŞ prezidenti Donald Tramp 2025-ci ildə kriptovalyuta əməliyyatlarından 1,4 milyard dollardan çox qazanc əldə edib. Gundelik.az xəbər verir ki, bu, ABŞ prezidentinin 30 iyunda dərc olunmuş maliyyə bəyanatında öz əksini tapıb. Dərc olunmuş 927 səhifəlik sənədə görə, Tramp “World Liberty Financial“ kriptovalyuta layihəsindən təxminən 500 milyon dollar qazanıb. ABŞ prezidenti həmçinin rəqəmsal valyuta olan “$TRUMP“ın satışından təxminən

Read More
Dünya Xəbərlər

Ford, süni intellektə güvənərək işdən çıxardığı əməkdaşları yenidən işə götürdü

Keyfiyyətə nəzarət proseslərini süni intellekt vasitəsilə sürətləndirməyi hədəfləyən Ford, avtomatlaşdırılmış sistemlərin gözlənilən nəticəni verməməsindən sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə qəbul edib. Şirkət bildirib ki, insan təcrübəsi ilə süni intellektin birlikdə istifadəsi istehsalın keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. ABŞ-ın avtomobil istehsalçısı Ford süni intellekt əsaslı avtomatlaşdırma sistemlərinin gözlənilən performansı göstərməməsindən sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Restoran və kafelərdə menyularda kalori məlumatı məcburidir

Türkiyədə 1 iyul tarixindən etibarən restoran və kafelərdə menyularla bağlı yeni qaydalar qüvvəyə minir. Yeni tələblərə əsasən, menyularda yeməklərin kalori dəyəri, tərkibi və qida göstəricilərinin göstərilməsi məcburi olacaq. Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ictimai iaşə obyektlərində şəffaflıq məqsədilə yeni tətbiqə başlayır. Bundan sonra restoran və kafelərdə müştərilər sifariş verməzdən əvvəl yeməklərin tərkibində olan bütün

Read More
Siyasət Xəbərlər

Yaponiya və Koreya vətəndaşları üçün viza tələbi ləğv edildi

Yaponiya və Koreyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. Bu barədə Gundelik.az-a Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə tətbiq olunub. Yeni

Read More
Dünya Hadisə Xəbərlər

Meksikada 6 bal gücündə zəlzələ baş verib

Meksikanın Yukatan ştatında 6 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ-nin USGS məlumatına görə, zəlzələ Yukatan ştatının El Progreso şəhərindən 75 kilometr cənub-qərbdə baş verib. Yeraltı təkanlar şəhər sahilləri yaxınlığında 10 kilometr dərinlikdə qeydə alınıb və maqnitudası 6 olaraq ölçülüb. Zəlzələdən sonra hər hansı insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib. Bundan əvvəl, iyunun

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib. Gundelik.az xatırladır ki, bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Uşaqları tərəvəz yeməyə məcbur etməyin: Elmin tövsiyə etdiyi 6 təsirli üsul

Uşaqların hər gün qida ilə bağlı yaşadığı kiçik təcrübələr onların gələcək qidalanma vərdişlərinə uzunmüddətli təsir göstərir. Bir çox valideyn üçün uşağı kifayət qədər tərəvəz yeməyə həvəsləndirmək çətin olur. Valideyn forumlarında tez-tez belə suallar verilir: “Uşağımın yalnız açıq rəngli qidalar yeməsi normaldırmı?” Bunun əsas səbəblərindən biri uşaqların şirin dadlara erkən yaşlardan meyilli olmasıdır. Hətta ana südündə

Read More
Siyasət Xəbərlər

Azərbaycan – İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

Bu gün Azərbaycanla İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabında paylaşım olunub. “Bu gün Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının ildönümüdür. Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərdə bu mühüm mərhələ münasibətilə səmimi təbriklərimizi çatdırırıq”, – paylaşımda qeyd olunur.

Read More