ABŞ prezidenti Donald Tramp 2025-ci ildə kriptovalyuta əməliyyatlarından 1,4 milyard dollardan çox qazanc əldə edib.
Gundelik.az xəbər verir ki, bu, ABŞ prezidentinin 30 iyunda dərc olunmuş maliyyə bəyanatında öz əksini tapıb.
Dərc olunmuş 927 səhifəlik sənədə görə, Tramp “World Liberty Financial“ kriptovalyuta layihəsindən təxminən 500 milyon dollar qazanıb.
ABŞ prezidenti həmçinin rəqəmsal valyuta olan “$TRUMP“ın satışından təxminən 600 milyon dollar əldə edib.
Tramp öz adını daşıyan saatların, idman ayaqqabılarının və müxtəlif növ ətirlərin satışından da bir neçə milyon dollar qazanıb.
