İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Meksikada 6 bal gücündə zəlzələ baş verib

Meksikanın Yukatan ştatında 6 bal gücündə zəlzələ qeydə alınıb.

ABŞ-nin USGS məlumatına görə, zəlzələ Yukatan ştatının El Progreso şəhərindən 75 kilometr cənub-qərbdə baş verib.

Yeraltı təkanlar şəhər sahilləri yaxınlığında 10 kilometr dərinlikdə qeydə alınıb və maqnitudası 6 olaraq ölçülüb.

Zəlzələdən sonra hər hansı insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.

Bundan əvvəl, iyunun 24-də Venezuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi.

UNDP iyunun 26-da yaydığı açıqlamada zəlzələlərin birbaşa vurduğu fiziki ziyanın dəyərini 6,7 milyard dollar olaraq qiymətləndirmişdi.

Zəlzələlərdən sonra yaxınları tərəfindən itkin düşdüyü bildirilən şəxslərin sayı iyunun 27-nə olan məlumata görə 68 mini keçmişdi. Son açıqlanan rəsmi məlumatlara əsasən, fəlakət nəticəsində 1 943 nəfər həyatını itirib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az