İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Restoran və kafelərdə menyularda kalori məlumatı məcburidir

Türkiyədə 1 iyul tarixindən etibarən restoran və kafelərdə menyularla bağlı yeni qaydalar qüvvəyə minir. Yeni tələblərə əsasən, menyularda yeməklərin kalori dəyəri, tərkibi və qida göstəricilərinin göstərilməsi məcburi olacaq.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ictimai iaşə obyektlərində şəffaflıq məqsədilə yeni tətbiqə başlayır.

Bundan sonra restoran və kafelərdə müştərilər sifariş verməzdən əvvəl yeməklərin tərkibində olan bütün inqrediyentlər, allergen maddələr, enerji (kalori) dəyəri, həmçinin zülal, yağ və karbohidrat miqdarı barədə məlumatı menyularda, rəqəmsal ekranlarda və ya QR kod vasitəsilə görə biləcəklər.

Tətbiqin əsas məqsədi sağlam qidalanmanı təşviq etmək və yüksək kalorili qidaların istehlakını azaltmaqdır. Qaydalar 1 iyul tarixindən qüvvəyə minir.

Kalori hesablamaları vahid standart meyarlara uyğun aparılacaq.

Yeni sistem ilk mərhələdə restoran şəbəkələrində tətbiq ediləcək, daha sonra isə mərhələli şəkildə bütün ictimai iaşə obyektlərinə şamil olunacaq. Planlaşdırılır ki, 2027-ci ilin sonunadək bütün restoranlar bu qaydalara əməl etsin.

Yeni tələblərə riayət olunmasına Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin qida müfəttişləri nəzarət edəcəklər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az