Hesablama Palatası: Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi üzrə dövlət borcunun uçotu və hesabatlılığı ilə bağlı bir sıra məsələlərin icra edilmədiyi müəyyən olunub. İqtisadiyyat.az bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir. Auditin nəticələrinə əsasən, hesabat ilinin sonuna borc hesabatlarında əks etdirilən xarici dövlət borcu və xarici dövlət zəmanəti üzrə faktiki qalıqların beynəlxalq
