İranda baş verənlərin iqtisadi anatomiyası – AÇIQLAMA
İranda son günlərdə baş verənlərin başlanğıc nöqtəsi valyuta şokudur. Rialın sürətli dəyər itirməsi qiymətləri dərhal qaldırır, alıcılıq qabiliyyətini öldürür və bazarda psixoloji panika yaradır. Bu panika isə iqtisadi narazılığı siyasi narazılığa çevirir. İnflyasiya isə artıq statistik göstəricidən gündəlik yaşayışın ölçüsünə çevrilib. Əsas çörək, ərzaq, gündəlik xərclər insanların hiss etdiyi real inflyasiyanı daha yüksəldir. Qara bazarda
