Avtomobillərə tələbatın azalması və Çin şirkətlərinin artan rəqabəti fonunda Avropanın avtomobil komponentləri istehsalçıları son iki ildə 100 mindən çox iş yerini ixtisar ediblər.
Bu barədə Gundelik.az “Financial Times”a istinadən xəbər verir.
Məlumata görə, sektordakı şirkətlər 2025-ci ildə 50 min iş yerinin ixtisar olunduğunu elan ediblər. Son iki ildə isə 100 mindən çox iş yeri ixtisar edilib.
Sentyabr ayında dünyanın ən böyük avtomobil komponentləri təchizatçısı olan “Bosch”, 2030-cu ilə qədər 13 min iş yerini ixtisar etmək planlarını açıqlayıb.
