“Azərenerji” ASC “Şəmkir” və “Yenikənd” SES-lərin təsirlənmə sistemlərini yeniləməyə başlayır.
Gundelik.az xəbər verir ki, “Azərenerji” bununla bağlı hazırlıqları başa çatdırıb.
Belə ki, qurum görüləcək işləri “Electro İndustries” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 4 milyon 689 min 730 manat olaraq müəyyənləşib.
Qeyd edək ki, hər iki su elektrik stansiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Yenikənd SES Yenikənd su anbarı üzərində 2000-ci ildə istifadəyə verilib. Şəmkir SES isə 1982-ci ildə Kür çayının üzərində, Şəmkir şəhərinin yaxınlığında inşa edilib. Hər iki SES ilə birlikdə kaskad yaradan su-elektrik stansiyasıdır.
2011-ci il mart ayında “Şəmkir” və “Yenikənd” su elektrik stansiyaları (SES) üzrə 85 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, proqnozdan 3 milyon kilovat-saat çoxdur. 2011-ci ilin birinci rübdə SES-lər üzrə 187 milyon kilovat-saat əvəzinə 192,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
