İyul 8, 2026
Baku

İqtisadiyyat

İqtisadiyyat Xəbərlər

Azərbaycan Bolqarıstana 170 milyon dollarlıq qaz satdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Bolqarıstana 452,4 milyon kubmetr həcmində təbii qaz ixrac edib. Gundelik.az-ın Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir təxmini 169,6 milyon ABŞ dolları olub. Bolqarıstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 123,4 milyon kubmetr və ya

Read More
İqtisadiyyat

“Moody’s” Azərbaycan iqtisadiyyatını yüksək qiymətləndirdi – Bunun hansı praktiki nəticələri olacaq?

Azərbaycanın siyasi nüfuzu regional və beynəlxalq siyasi dairələrdə sürətlə artmaqda davam edir. Bu, təbii olaraq çox sevindirici haldır və dövlətimizin beynəlxalq mövqeyinin sürətlə möhkəmlənməsini göstərir. Lakin unutmaq olmaz ki, siyasi uğurların davamlı və möhkəm olması üçün arxasında güclü iqtisadi baza dayanmalıdır. İqtisadi sahədə əldə olunan nailiyyətlər siyasi uğurlarımızın təsir gücünü artırır və ölkəmizin dayanıqlı inkişafını

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,53 ABŞ dolları və ya 0,71% artaraq, 74,70 dollar/barel təşkil edib. Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib. Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,52 dollar və ya 0,74% bahalaşaraq 73,46

Read More
İqtisadiyyat Xəbərlər

İKZF-nin zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 587,9 mln manat kredit verilib  

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Türkiyə taxıl və paxlalı bitkilərin ixracını 4%-dən çox artırıb

Türkiyədən bu ilin ilk 6 ayında 214 ölkəyə 6 milyard 94 milyon 668 min dollar dəyərində 6 milyon ton taxıl, paxlalı bitkilər, yağlı bitkilər və məhsullar ixrac edilib. Bu barədə Gundelik.az Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatına istinadən xəbər verir. Məlumata əsasən, dəyər ifadəsində bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Türkiyədən

Read More
İqtisadiyyat Xəbərlər

“Nissan” 5 milyard dollarlıq istiqrazlar yerləşdirəcək

Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor” biznesin yenidən təşkili proqramını maliyyələşdirməklə bağlı resursları artırmaq üçün 150 milyard yen (1,04 milyard dollar) dəyərində konvertasiya edilə bilən istiqrazlar yerləşdirəcək. Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Şirkətin açıqlamasında bildirilir ki, toplanan vəsait yeni məhsul və texnologiyalara sərmayə qoyuluşu üçün istifadə olunacaq. “Nissan”, həmçinin borcunu ödəmək

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq

Səudiyyə Ərəbistanı dövlətə məxsus “Saudi Aramco”nun bəyanatına əsasən, avqust ayında Asiya və Avropa alıcıları üçün neftin qiymətini əhəmiyyətli dərəcədə artıracaq. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. “Asiyaya göndərilən əsas neftin qiyməti 1 dollar artaraq dörd ayın ən yüksək səviyyəsinə çatacaq və Oman/Dubay səbətindən 2,2 dollar baha olacaq”, – dövlətə məxsus “Saudi Aramco”nun bəyanatında

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Danimarka Aİ-nin hərbi xərcləri artırmasını təhdid görür

Avropa İttifaqının (Aİ) hərbi xərcləri artırmaq istəyi blokun maliyyə sabitliyini təhdid edir. Gundelik.az xəbər verir ki, bunu Danimarkanın İqtisadiyyat naziri Stefani Losi “Euractiv”ə müsahibəsində deyib. O, sürətlə artan büdcə kəsirində və Aİ üzvlərinin saxlaya bilməyəcəyi dövlət borcunda təhlükə gördüyünü bildirib və qeyd edib ki, Avropa da artıq ABŞ-nin ticarət tariflərinin təzyiqi və Çinin rəqabəti ilə üzləşir. “Dünyada iqtisadiyyatların təlatüm içində olduğu

Read More
İqtisadiyyat Xəbərlər

Qanun dəyişir: ödənilə bilməyən bu borcları dövlət qaytaracaq  

Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu. Dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq. Yəni bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur. Gundelik.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

2 milyon tondan çox məhsul yığılıb – Biçin davam edir

Respublikada taxıl biçini yekun mərhələyə qədəm qoyub. Kənd Təsərrüfatı Nazirliyindən Gundelik.az-a verilən məlumata görə, ölkə üzrə payızlıq taxıl əkini aparılmış 61 rayondan 20-də biçin tam yekunlaşıb, o cümlədən 16 rayonda buğda, 34 rayonda arpa biçini tam başa çatıb. Taxıl biçini ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Mərkəzi Qərargahın iyulun 4-nə olan operativ məlumatına əsasən, ölkə

Read More