İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan Bolqarıstana 170 milyon dollarlıq qaz satdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Bolqarıstana 452,4 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

Gundelik.az-ın Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir təxmini 169,6 milyon ABŞ dolları olub.

Bolqarıstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 123,4 milyon kubmetr və ya 21,4%, dəyər ifadəsi ilə 13,6 milyon ABŞ dolları, yaxud da 7,4% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan Bolqarıstana 576 milyon kubmetr həcmində, 183,2 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2 milyon ABŞ dolları olub. Bununla yanaşı, ilin ilk dörd ayında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 8,2 milyard kubmetr, dəyəri isə 3,1 milyard ABŞ dolları təkil edib.

Gundelik.az