Türkiyədən bu ilin ilk 6 ayında 214 ölkəyə 6 milyard 94 milyon 668 min dollar dəyərində 6 milyon ton taxıl, paxlalı bitkilər, yağlı bitkilər və məhsullar ixrac edilib.
Bu barədə Gundelik.az Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatına istinadən xəbər verir.
Məlumata əsasən, dəyər ifadəsində bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.
Türkiyədən ən çox ixrac edilən məhsul 618 milyon 288 min dollarla şokolad və tərkibində kakao olan məhsullar, 552 milyon 960 min dollarla günəbaxan tumları və 467 milyon 905 min dollarla şirniyyat, peçenye və vafli məmulatları olub.
Eyni zamanda hesabat dövründə Türkiyədən ən çox ixrac 2 milyard 5 milyon 904 min dollarla Yaxın Şərq ölkələrinə həyata keçirilib. Afrika 1 milyard 452 milyon 930 min dollarla ikinci, Avropa ölkələri isə 857 milyon 424 min dollarla üçüncü olub.
Ən çox ixracat edən ölkə isə 921 milyon 959 min dollarla İraq olub. Onu 417 milyon 180 min dollarla ABŞ və 307 milyon 178 min dollarla Suriya izləyib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-yə ixrac 32,1 faiz, Suriyaya isə 22,3 faiz artıb.
Gundelik.az
