Azər Badamov: “Azərbaycanın 2050-ci il uğuru bu gün sinif otaqlarında formalaşan nəsildən başlayır”.
Müasir dünyada dövlətlərin davamlı inkişafını təmin edən əsas amillərdən biri insan kapitalının formalaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsidir. Sürətlə dəyişən texnologiyalar, süni intellekt, rəqəmsallaşma və avtomatlaşdırma əmək bazarının tələblərini də dəyişdirir. Belə bir şəraitdə təhsil sistemi yalnız mövcud bilikləri ötürməklə kifayətlənməməli, gələcəyin çağırışlarına cavab verə biləcək, yaradıcı düşünən, innovasiyalara açıq və dəyişikliklərə uyğunlaşma bacarığı olan nəsil
