Sentyabr 8, 2026
Baku
Müsahibə Xəbərlər

Şuşadakı şəhid adları ilə bağlı müzakirələrə Səməd Vəkilovdan TƏKLİF

Günlərdi Şuşa şəhərində qayaların üzərinə yazılmış şəhid adları ilə bağlı ictimaiyyətdə müzakirələr aparılır. Müxtəlif fikirlər səslənir.  Məlum olduğu kimi Şuşa şəhəri bütövlükdə Dövlət Qorğu statusu verilib.   Cənab Prezident İlham Əliyevin tərəfindən 22 iyun 2021-ci il tarixli Fərmanı ilə təsdiq etdiyi  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsinin  3.1.1-ci maddəsinə əsasən abidələrin dövlət mühafizəsini və qorunmasını təşkil etmək vəzifəsi Şuşa Dövlət Qorğunun vəzifəsi hesab olunur.  44 günlük Zəfər tariximizə şahidlik etmiş bu qayaları qarşısına yerli əhəmiyyətli maddi mədəniyyət abidəsi olması haqqında lövhə yerləşdirməklə məsləyə nöqtə qoymaq olar. Şübhəsiz ki bu qayalar həm hərb tarixmizin bir parçası olmaqla həm də şəhidlərimizin müqəddəs xatirəsinin simvoludur.

Səməd  Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin sədri

Gündelik.az