Sentyabr 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Tərəzidəki sürətli çəki itkisinə aldanmayın

Sürətli arıqlamaq üçün tətbiq olunan tək tipli pəhrizlər və detoks proqramları tərəzidə qısa müddətdə azalma yaradır. Lakin mütəxəssislər bildirirlər ki, bu azalmanın əhəmiyyətli hissəsi yağdan deyil, bədəndə su və qlikogen ehtiyatlarının azalmasından qaynaqlanır.

Qidalanma və pəhriz üzrə mütəxəssis Hülya Yiğit İspiroğlu qeyd edib ki, yalnız bir qidaya və ya məhdud qida qrupuna əsaslanan pəhrizlər orqanizmin ehtiyac duyduğu qida maddələrinin balanslı qəbulunu çətinləşdirir və uzunmüddətli nəticə vermir.

Detoks və qısamüddətli meyvə proqramlarının da kalori və zülal qəbulunu azaltmaqla tərəzidə müvəqqəti nəticə yarada biləcəyini deyən mütəxəssis bunun real yağ itkisi anlamına gəlmədiyini vurğulayıb. Sağlam insanlarda orqanizmin təmizlənməsi prosesini qaraciyər, böyrəklər və bağırsaqlar həyata keçirir.

Mütəxəssisin sözlərinə görə, sağlam və qalıcı çəki itkisi bir neçə günlük sərt pəhrizlərlə deyil, uzunmüddətli və balanslı qidalanma vərdişləri ilə mümkündür. Meyvələr də təkbaşına pəhrizin əsası deyil, balanslı qidalanmanın bir hissəsi olmalıdır. Prediabeti və ya diabet riski olan şəxslər isə meyvəni porsiya nəzarəti ilə, mümkün olduqda zülal mənbələri ilə birlikdə qəbul etməlidirlər.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az