“Uşaqların psixoloji sağlamlığı onların akademik uğurlarından daha vacibdir” — Aysel Məmmədova
Müasir dövrdə təhsil sistemi sürətlə dəyişdikcə uşaqlar üzərindəki akademik təzyiq də artır. Valideynlərin yüksək gözləntiləri, məktəblərdə ağır dərs yükü və əlavə hazırlıq kurslarının çoxluğu ibtidai və orta məktəb yaşlı uşaqların psixoloji və fiziki sağlamlığına ciddi təsir göstərir. Təhsil uğuru naminə aparılan bu yarış, təəssüf ki, bəzən uşaqların daxili harmoniyasının, emosional sabitliyinin və sağlam inkişafının arxa
