İyul 8, 2026
Baku
Hüquq Müsahibə

Vəkillər Kollegiyasının üzvü Rəcəb Nurəliyev fikir bildirdi

“Son dövrlər Vəkillər Kollegiyası İdarə Heyətinin sədrinin rəhbərliyi və təşəbbüsü ilə bir sıra mühüm işlər görülmüşdür və görülməkdə davam edir. Vəkilliyin artan nüfuzu buna əyanui sübutdur”.

Bunu Gundelik.az-a açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Rəcəb Nurəliyev deyib. O, actual mövzulara uyğun sualları da yerindəcə cavablandırıb.

 Sizcə, vəkillərin prosessual hüquqlarının genişləndirilməsi, xüsusilə də ibtidai istintaq zamanı ittiham tərəfinin topladığı sübut və dəlillərin dərhal müdafiə tərəfinə əlçatan olması qanunvericiliyə daxil edilsə, bu, cinayət işlərinin keyfiyyətinə və ədalətli məhkəmə araşdırmalarına hansı təsirləri göstərə bilər?

 –  Qanunvericilikdə görmək istədiyim ən vacib dəyişikliklər vəkillərin prosessual hüquqlarının artırılmasıdır. Doğrudur, son dövrlər bu istiqamərdə Vəkillər Kollegiyası İdarə Heyətinin sədri Anar Bağırovun rəhbərliyi və təşəbbüsü ilə bir sıra mühüm işlər görülmüşdür və görülməkdə davam edir. Vəkilliyin artan nüfuzu buna əyanui sübutdur. Bununla yanaşı, çox istərdim ki, məsələn, cinayət işləri üzrə aparılan ibtidai istintaq zamanı ittiham tərəfinin əldə etdiyi sübut və dəlillər, həyata keçirdikləri müxtəlif istintaq hərəkətlərin dərhal vəkillər üçün əlçatan olması barədə normalar qanunvericiliyə daxil edilsin. Əminəm ki, bu yolla cinayət işləri üzrə ittiham və müdafiə tərəfləri arasında qanun çərçivəsində aparılacaq çəkişmə və rəqabət cinayət işlərinin yüksək keyfiyyətlə və qanunvericiliyin tələb etdiyi səviyyədə olmasına və hakim, müstəntiq, ittihamçı və vəkillərin öz peşə hazırlıqlarının daima təkmilləşdirməsinə təminat verəcəkdir.

Gundelik.az