İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Fariz Əkbərovun rəhbərlik etdiyi layihə İsmayıllıda uğurla icraya başladı

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi -nin  maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin  İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “ İctimai maarifləndirmə kompaniyasının təşkili  adlı təlim keçirildi.
Təlimi giriş sözü ilə İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Xatirə  Bağırova açdı. Xatirə xanım bildirdi ki, belə təlimlərin vətəndaşlar arasında  keçirilməsinə ehtiyac var. Təlimin gedişatına uğurlar arzuladı.
Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış etdi.
Sonra layihənin rəhbəri Fariz Əkbərov bildirdi ki, layihənin məqsədi   insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, potensial qurbanları xəbərdar etmək, gəncləri maarifləndirmək, qanunvericillyin tələblərini izah etmək, eləcə də, qurbanlara hüquqi və  psixoloji yardımç göstərməkdir.
Layihədə insan alverinin qarşısının alınması üçün hüquqi müdafiə və institusional mexanizmlərlə əlaqədar icmalarda maarifləndirmə işi aparmaqla zorakılıq hallarını azaltmaq, icmanın, müvafiq dövlət orqanlarının, məsul vəzifəli şəxslərin, hüquq-mühafizə orqanlarının erkən aşkarlama və  müdaxilə bacarıqlarını gücləndirməkdir.
Sonra təlimçi Vəkillər Kollegiyasının üzvü vəkil Namiq Həşimov və hüquqşünas insan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırdı.
Təlimdə 30 yaxın vətəndaş  iştirak etdi. İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işi aparıldı.
Təlim maraqlı diskusiya və müzakirə formasında başa çatdı.
Gundelik. az