Viki Texnologiyası və Açıq Ensiklopediya Mədəniyyəti
Cəmiyyətin formalaşması minilliklər boyu davam etmiş, müxtəlif ictimai formasiyalar bir-birini əvəz edərək eramızın III minilliyində şahidi olduğumuz səviyyəyə çatmışdır. Hələlik XX əsr cəmiyyətin ən sürətlə inkişaf etdiyi dövr hesab olunsa da, XXI əsrin ilk illəri bu sürətin daha da artdığını göstərir. Qeyd edək ki, insan cəmiyyətinin formalaşmasında və sürətlə inkişaf etməsində ən mühüm amillərdən
