İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün

22 İyun – İngilis yazıçısı, dünya macəra ədəbiyyatının klassiki Henri Rayder Heqqardın anadan olmasının 170 illiyi, (1856-1925)

İngilis yazıçısı, dünya macəra ədəbiyyatının klassiki Henri Rayder Heqqard 22 iyun 1856-cı ildə İngiltərədə anadan olub, məktəbi bitirdikdən sonra atası tərəfindən Londona, Xarici İşlər Nazirliyində işləmək üçün hazırlaşmağa göndərilir. Lakin diplomatik xidmətə qəbul edilə bilməyən gələcək yazıçı 1875-ci ildə Cənubi Afrikaya gedir və burada katib kimi işləməyə başlayır. Bir müddət vəkil kimi fəaliyyət göstərir, lakin bu iş onu cəlb etmir və o, yazmağa başlayır. Tarixi, psixoloji, fantastik hekayələr yazaraq özünü sınayan Heqqarda Cənubi Afrikada macəralar haqqında yazdığı əsərlər dünya şöhrəti gətirmişdir.
Bu əsərlərdəki fantastika elementi onların belə geniş şəkildə populyarlıq qazanmasında əhəmiyyətli rol oynamışdır. Heqqardın populyar qəhrəmanı bəyaz dərili ovçu və macəra axtaran Allan Kvotermeyn onun bir çox əsərlərinin mərkəzi personajıdır. “Mayvanın qisası”, “Mari”, “Fırtına övladları”, “Cess”, “Beatris”, “Kleopatra” və s. əsərlərin müəllifidir. H.R.Heqqard 14 may 1925-ci ildə vəfat etmişdir.

Gundelik.az