İyul 10, 2026
Baku

Dünya

Dünya İqtisadiyyat Xəbərlər

Liviyanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırdı

Liviyanın ən böyük neft emalı zavodu Zaviyə şəhərindəki toqquşmalar səbəbindən tamamilə iflic vəziyyətinə düşüb. Gundelik.az xəbər verir ki, bu barədə zavodun açıqlamasında bildirilir. Qeyd edilib ki, rəhbərlik təhlükəsizlik səbəbi ilə neft emalı zavodunun fəaliyyətini tamamilə dayandırıb və yanacaq çənlərini boşaldıb. Toqquşmalar nəticəsində kompleksin içinə bir neçə iri çaplı mərmi düşüb, lakin istehsal gücünə təsir etməyib.

Read More
Dünya Xəbərlər

Malayziya 19 milyard dollarlıq təyyarə alır

Malayziyanın ən böyük aşağı büdcəli aviaşirkəti olan “AirAsia”, Avropanın aerokosmik şirkəti əAirbus” ilə ümumi dəyəri təxminən 19 milyard dollar olan 150 ədəd “A220-300” təyyarəsi almaq üçün müqavilə imzalayıb. Gundelik.az xəbər verir ki, “Airbus” şirkəti bunun təyyarə modeli üçün ən böyük sifariş olduğunu açıqlayıb. Bu təyyarələr üçün sifarişlərin sayı hazırda 1000-i keçib. Təyyarədə 160 sərniş yerləşdirilə bilər

Read More
Dünya Siyasət Xəbərlər

İran “neft ixracını pozmaq” niyyətində olan tankerin ələ keçirildiyini açıqladı

İran daha bir neft tankerini ələ keçirib. Gundelik.az-ın “Tasnim”ə istinadən xəbərinə görə, “OCEAN KOI” adlı tanker İranın Hərbi Dəniz Qüvvələri tərəfindən xüsusi əməliyyat zamanı saxlanılıb. Əməliyyatın yayımlanan videogörüntüsündə İran xüsusi təyinatlılarının tankerə daxil olduğu görünür. Məlumata görə, “OCEAN KOI” tankeri İranın neft ixracına maneə törətmək niyyətində olub. Tankerin harada ələ keçirildiyi ilə bağlı məlumat açıqlanmayıb.

Read More
Dünya Xəbərlər

Tramp Dünya Kuboku biletlərinin bahalığından narazıdır: “Mən də o pulu vermərəm”

ABŞ Prezidenti Donald Trump 2026 Dünya Kuboku biletlərinin yüksək qiymətləri ilə bağlı müzakirələrə qoşulub. ABŞ millisinin Los-Ancelesdə Paraqvaya qarşı keçirəcəyi açılış oyununun biletlərinin qiymətinin min dollara qədər yüksəlməsi ciddi narazılıq yaradıb. FIFA ilə bağlı açıqlama verən Tramp bildirib ki, bu məbləği “dürüst desək, özü də ödəməzdi” və azarkeşlərin belə qiymətlər səbəbindən məyus olmasını istəmədiyini deyib.

Read More
Dünya Xəbərlər

Avropa Parlamenti və Aİ Şurası ABŞ tarifləri ilə bağlı razılığa gələ bilməyib

ABŞ-ın güclü təzyiqlərinə baxmayaraq, danışıqlar aparanlar altı saatdan çox davam edən danışıqlardan sonra 10 gün ərzində yenidən görüşməyə razılaşdılar. Güzəştə gedən hər iki tərəf danışıqlar zamanı irəliləyiş əldə edildiyini bildirdi. Avropa Parlamenti (AP) və Aİ üzv dövlətlərini təmsil edən Kipr sədrliyi, Ternberry Müqaviləsinə əsasən razılaşdırıldığı kimi, ABŞ sənaye məhsullarına Aİ tariflərinin qaldırılması ilə bağlı çərşənbə

Read More
Dünya Siyasət Xəbərlər

umen Radevi baş nazir seçildi

Növbədənkənar parlament seçkisinin nəticələrinə əsasən qalib gələn “Proqressiv Bolqarıstan” koalisiyasına rəhbərlik edən Rumen Radev ölkənin yeni baş naziri seçilib. Gundelik.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Keçmiş prezidentin lehinə “Proqressiv Bolqarıstan” koalisiyasından olan 124 deputat səs verib. Eyni zamanda, “Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar” və “Demokratik Qüvvələr Birliyi” blokunu təmsil edən 36 deputat səsvermədə

Read More
Dünya Xəbərlər

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı yeni əməliyyat:Yüksək vəzifəli məmurların da daxil olduğu 29 nəfər saxlanılıb

İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan yeni əməliyyat başlatdı. “Tree and Landscape Inc.” şirkəti vasitəsilə qeyri-qanuni və uydurma tender sistemi işlədərək tenderləri saxtalaşdırmaq ittihamı ilə 30 nəfər saxlanılıb, 29 nəfər isə nəzarətə götürülüb. Saxlanılanlar arasında Baş katibin müavini Oktay Özel və Parklar və Bağlar İdarəsinin müdiri Tuğba Ölməz Hancı da var. İstanbul Böyükşəhər

Read More
Dünya Xəbərlər

Bu, çempionluğun qeyd olunması deyildi:Oyun bitən kimi yüzlərlə azarkeş meydana axışdı

“Frayburq” və “Aston Villa” UEFA Avropa Liqasının finalına vəsiqə qazanıblar. “Frayburq” azarkeşləri klublarının ilk dəfə Avropa kuboku finalına çıxmasını meydana daxil olmaqla qeyd ediblər. UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra finala yüksələn komandalar müəyyənləşib. Frayburq və Aston Villa kuboku qazanmaq uğrunda İstanbulda üz-üzə gələcəklər. FRAYBURQ TARİXƏ YAZDI. İlk oyunda “Sportinq Braqa”ya 2-1 hesabı

Read More
Dünya Siyasət Xəbərlər

Alparslan Bayraktar: Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var

Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var. Gundelik.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda keçirilən V “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində jurnalislərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanla əməkdşalıq yalnız Türkiyənin deyil, bütövlükdə regionun təbii qaz bazarlarına töhfə verib: “Bakı-Tiflis-Ceyhan neft boru kəməri vasitəsilə xüsusilə təbii qazla bağlı çox vacib

Read More
Dünya Hadisə Xəbərlər

Rusiyada daha bir neft emalı zavodu vuruldu

Rusiyanın atəşkəs elanından sonra Ukrayna Yaroslavl vilayətindəki neft emalı zavoduna PUA zərbələri endirib. Gundelik.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələrdən sonra “Slavneft-YANOS” neft emalı zavodunda güclü yanğınlar baş verib. Qeyd edək ki, bu zavod aprelin sonunda da hücuma məruz qalmışdı.

Read More