ABŞ Prezidenti Donald Trump 2026 Dünya Kuboku biletlərinin yüksək qiymətləri ilə bağlı müzakirələrə qoşulub. ABŞ millisinin Los-Ancelesdə Paraqvaya qarşı keçirəcəyi açılış oyununun biletlərinin qiymətinin min dollara qədər yüksəlməsi ciddi narazılıq yaradıb.
FIFA ilə bağlı açıqlama verən Tramp bildirib ki, bu məbləği “dürüst desək, özü də ödəməzdi” və azarkeşlərin belə qiymətlər səbəbindən məyus olmasını istəmədiyini deyib.
FIFA qiymət siyasətini müdafiə edir
FIFA 2026 Dünya Kuboku üçün komandaların populyarlığına uyğun dəyişən yeni qiymət strategiyası tətbiq edir. Bu səbəbdən xüsusilə ev sahibi ölkələrin oyunlarında biletlər rekord həddə bahalaşıb.
FIFA prezidenti Gianni Infantino isə qiymətlərin ABŞ-dakı digər böyük idman tədbirləri ilə oxşar olduğunu bildirib. O, ucuz biletlərin sonradan qara bazarda daha baha satılması riskinə də diqqət çəkib.
Tənqidlərdən sonra FIFA bəzi oyunlar üçün məhdud sayda daha münasib qiymətli bilet kateqoriyası təqdim edib.
Nəqliyyat qiymətləri də narazılıq yaradıb
Turnuvaya yaxın dövrdə yalnız biletlər deyil, nəqliyyat xərcləri də müzakirə mövzusuna çevrilib.
MetLife Stadium stadionuna gedən qatar biletlərinin qiymətinin 12 dollardan 150 dollara qaldırılması etirazlara səbəb olub.
Sonradan qiymətlərdə 30 faiz endirim edilərək məbləğ 105 dollara salınıb.
Rəsmilər stadion ətrafında şəxsi avtomobil dayanacağı olmayacağını, azarkeşlərin əsasən ictimai nəqliyyatdan istifadə etməsinin planlaşdırıldığını bildiriblər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
