Malayziyanın ən böyük aşağı büdcəli aviaşirkəti olan “AirAsia”, Avropanın aerokosmik şirkəti əAirbus” ilə ümumi dəyəri təxminən 19 milyard dollar olan 150 ədəd “A220-300” təyyarəsi almaq üçün müqavilə imzalayıb.
Gundelik.az xəbər verir ki, “Airbus” şirkəti bunun təyyarə modeli üçün ən böyük sifariş olduğunu açıqlayıb.
Bu təyyarələr üçün sifarişlərin sayı hazırda 1000-i keçib. Təyyarədə 160 sərniş yerləşdirilə bilər və 6700 km-ə qədər uçuş məsafəsinə malikdir.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri “Airbus”un bazar kapitallaşması 8,2% azalaraq 144,4 milyard avroya düşüb.
