İyul 10, 2026
Baku

Dünya

Dünya Xəbərlər

Rusiya nümayəndə heyəti Alyaskaya yola düşdü

Rusiya nümayəndə heyəti təyyarə ABŞ-Rusiya sammitində iştirak etmək üçün Alyaskaya uçub. Gundelik.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Məlumata görə, təyyarədə Putin və Tramp arasında ABŞ-də keçiriləcək tarixi sammitə hazırlaşanlar var. Avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Gundelik.az

Read More
Dünya Xəbərlər

Fəlakət üçün geri sayım: dünyanın ən böyük ağciyəri quruyur

Yeni araşdırmalar göstərir ki, dünyanın ən böyük ağciyəri və planetin ən biomüxtəlif bölgələrindən biri olan Amazon tropik meşəsi geri dönməz şəkildə qurumağa yaxınlaşır. Gundelik.az-ın məlumatına görə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, Amazon sürətlə fəlakətli dönüş nöqtəsinə yaxınlaşa bilər. Bu halda sulu yağış meşələri əsr ərzində daha quru savannaya çevriləcək. Ekspertlər bildirirlər ki, belə böyük dəyişikliyə iqlim

Read More
Dünya Xəbərlər

Gürcüstanda “qırmızı bülleten”lə axtarışda olan 12 nəfər saxlanıldı

Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya Gürcüstan polisi ilə birgə keçirilən əməliyyat nəticəsində “qırmızı bülleten”lə beynəlxalq axtarışda olan 12, milli axtarışda olan isə 2 nəfərin yaxalandığını açıqlayıb. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Yerlikaya bildirib ki, əməliyyat Gürcüstanda aparılan araşdırmalar və axtarış nəticəsində müəyyən edilən şəxslərin yerləri əsasında həyata keçirilib. Tutulan şəxslərin Türkiyəyə

Read More
Dünya Xəbərlər

Pakistan silahlı qüvvələrində raket qoşunları yaradacaq

Pakistan hökuməti ölkənin silahlı qüvvələri tərkibində müasir texnologiyalarla təchiz olunmuş raket qüvvələri yaratmaq niyyətindədir. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat verib. Baş nazir bildirib ki, yeni qoşunların yaradılması Pakistanın müdafiə potensialının gücləndirilməsində dönüş nöqtəsi olacaq. Şərif bu açıqlamanı Pakistanın Müstəqillik Günü ərəfəsində İslamabadda keçirilmiş mərasimdə verib.

Read More
Dünya Xəbərlər

İsrail Qəzza sakinlərini bu ölkəyə köçürmək istəyir

İsrail fələstinlilərin Qəzzadan Cənubi Sudana köçürülməsi imkanları ilə bağlı danışıqlar aparır. Gundelik.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat dərc edib. Məlumata görə, altı mənbə danışıqları təsdiqləyib. Onların nə qədər irəlilədiyi bəlli deyil, lakin həyata keçirilsə, planlar insanların aclıq təhlükəsi ilə üzləşdiyi müharibədən zərər çəkmiş bir ərazidən digərinə köçürülməsi və insan haqları ilə bağlı

Read More
Dünya Xəbərlər

“Apple” süni intellekt əsaslı robot hazırlayır

“Apple Inc” süni intellekt (AI) texnologiyasına əsaslanan ev robotu üzərində işləyir. Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir. Məlumata görə, cihaz 7 düymlük ekran, robot qolu və kamera ilə təchiz olunacaq. O, istifadəçi ilə daim üz-üzə qalmaq üçün 360 dərəcə fırlanma imkanına sahib olacaq. Şirkət robotu dizaynına görə “Pixar lampası” adlandırıb. Qurğu xüsusi versiyalı Siri

Read More
Dünya Xəbərlər

Böyük Britaniyada əyləncə parkında “rollercoaster” qəzaya uğrayıb: 14 nəfər xəsarət alıb

Böyük Britaniyada əyləncə parkında “rollercoaster” qəzaya uğrayıb. Gundelik.az “Daily Mail”ə istinadən xəbər verir ki, İngiltərənin Portkoul şəhərində yerləşən “Coney Beach” əyləncə parkında attraksion relsdən çıxaraq aşıb. Nəticədə 13-ü uşaq olmaqla 14 nəfər xəsarət alıb. Polisin açıqlamasına görə, yaralananların hamısı yüngül xəsarətlər alıb, onların bir qismi xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı istintaq başladılıb və avqustun 14-də

Read More
Dünya Xəbərlər

Fransa XİN rəhbəri: Tramp Putindən Ukraynada qeyd-şərtsiz atəşkəs tələb edəcək

Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Jan Noel Barrot bildirib ki, ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək görüşdə Rusiya Prezidenti Vladimir Putindən Ukraynada qeyd-şərtsiz atəşkəs tələb edəcək. Gundelik.az xəbər verir ki, Barrot bu açıqlamanı “X” sosial şəbəkəsində Aİ liderləri və ABŞ prezidentinin iştirakı ilə keçirilən videokonfransdan sonra verib. Onun sözlərinə görə, Tramp görüş zamanı atəşkəs

Read More
Dünya Xəbərlər

Türkiyədə meşə yanğınları davam edir: 540 nəfər təxliyə olundu

Türkiyənin Hatay bölgəsinin Hassa rayonunda dünən axşam saatlarında meşəlik ərazidə başlayan yanğın ikinci gün də davam edir. Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alovların söndürülməsi üçün havadan və qurudan intensiv işlər aparılır. Məlumata görə, yanğın Bademli və Yukarıbucak məhəllələri arasındakı meşə sahəsində başlayıb. Sərt relyef və çətin yol şəraiti səbəbindən əraziyə giriş məhdud olduğundan,

Read More
Dünya Xəbərlər

Alyaskada buzlaqlar əriyir – Təxliyə elan edildi

ABŞ-nin Alyaska ştatında buzlaq bəndinin daşması nəticəsində yaranan daşqın riski səbəbindən təxliyə elan edilib. Gundelik.az xəbər verir ki, Milli Okean və Atmosfer İdarəsinin (NOAA) məlumatına görə, ştatın paytaxtı Juneauda yerləşən Mendenhall buzlağının yaratdığı təbii bəndin daşması ciddi fəsadlara səbəb olub. Səlahiyyətlilər sakinləri təhlükəli ərazidən təxliyə etməyə çağırıb. NWS Milli Hava Xidmətinin sözçüsü Nikol Ferrin bildirib

Read More