ABŞ-nin Alyaska ştatında buzlaq bəndinin daşması nəticəsində yaranan daşqın riski səbəbindən təxliyə elan edilib.
Gundelik.az xəbər verir ki, Milli Okean və Atmosfer İdarəsinin (NOAA) məlumatına görə, ştatın paytaxtı Juneauda yerləşən Mendenhall buzlağının yaratdığı təbii bəndin daşması ciddi fəsadlara səbəb olub.
Səlahiyyətlilər sakinləri təhlükəli ərazidən təxliyə etməyə çağırıb.
NWS Milli Hava Xidmətinin sözçüsü Nikol Ferrin bildirib ki, mövcud məlumatlara əsasən bu hadisə indiyə qədər qeydə alınan ən böyük daşqın ola bilər.
Mendenhall buzlağı geniş bir vadidə yerləşən və “İntihar” gölü adlanan ərimiş su hövzəsi üçün buz bəndi rolunu oynayır. Bu hövzədən axan sular 2011-ci ildən etibarən aralıqla daşqınlara səbəb olur.
Alimlərin sözlərinə görə, iqlim dəyişikliyi bu cür daşqınların həm tezliyini, həm də şiddətini ildən-ilə artırır.
Gundelik.az
