İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

İrandan Azərbaycana təxliyə edilənlər avtobusla Bakıya yola salındı

Bu gün səhər saatlarında 6 Qazaxıstan vətəndaşı Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, daha sonra Rusiyanın simfonik orkestri və incəsənət xadimlərindən ibarət 90 nəfərlik qrupun təxminən yarısı sərhəddən keçib.

Belə ki, iki avtobus artıq Bakıya yola salınıb.

Gundelik.az