Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan ABŞ iqtisadiyyatına investisiya qoyuluşunu 3,9 dəfə artırıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan ABŞ iqtisadiyyatına investisiya qoyuluşunu 3,9 dəfə artırıb

Bu ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından (ABŞ) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 89,493 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 25,452 milyon ABŞ dolları və ya 39,7% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dən yatırılan investisiyaların payı 2,8% təşkil edib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında ABŞ iqtisadiyyatına 77,621 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 57,960 milyon ABŞ dolları və ya 3,9 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib. Bununla da ABŞ Azərbaycanın ən çox investisiya yatırımı etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Gundelik.az

Exit mobile version