Bu ilin ilk 6 ayında Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 2,851 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,242 milyon ABŞ dolları və ya 77,2% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Beynəlxalq Maliyyə Korporasiyasından yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Beynəlxalq Maliyyə Korporasiyasından Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,609 milyon ABŞ dollarına bərabər olub.
Gundelik.az

