ABŞ-nin Kaliforniya ştatında göyərtəsində 6 nəfərin olduğu təyyarə dənizə düşüb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər təyyarənin 1970-ci il istehsalı olan “Cessna 414” olduğunu və qəzanın yerli vaxtla saat 12:45 radələrində Point Loma sahillərində baş verdiyini bildirib.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub.
Xəbərdə pilotun havaya qalxdıqdan sonra istiqamətini və hündürlüyünü qorumaqda çətinlik çəkdiyi, təyyarənin 13 saniyə ərzində 1900 fut hündürlükdə idarəetməni tirdiyi bildirilib.
Xəbərə görə, təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşüb. San Dieqo Beynəlxalq Hava Limanından havaya qalxan təyyarənin Arizona ştatının Feniks şəhərinə getdiyi açıqlanıb.
Gundelik.az

