Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir.
Gundelik.az xəbər verir ki, bu işlərin davamı kimi Ağdam rayonunun Göytəpə kənd yaşayış məntəqəsi də layihələndiriləcək.
Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müvafiq işlərə yekun vurub.
Qurum kəndin layihələndirilməsi işlərini “EL&EN” firmasına həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1 085 600 manat ödənilib.
Gundelik.az

