Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işləri uğurla davam etdirilməkdədir.
Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 7 və 8-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisinə başlanılır.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.
Qurum sözügedən işlərin icrasını SMTS Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 26 013 265 manat ödənilib.
Gundelik.az

