Gundelik.az Ölkə Ağdamın daha bir yaşayış məhəlləsi üzrə 9,7 milyon manatlıq LAYİHƏ
Ölkə Xəbərlər

Ağdamın daha bir yaşayış məhəlləsi üzrə 9,7 milyon manatlıq LAYİHƏ

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq işləri uğurla davam etdirilməkdədir.

Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Ağdam rayonunun faza 2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı obyektləri,sahədaxili mühəndis kommunikasiya sistemləri (su,kanalizasiya,elektrik təchizatı,xarici işıqlandırma, yol və səkilər) və yaşıllıq, abadlıq işləri aparılacaq.

Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda qeyd olunan işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum sözügedən işlərin 9 675 661 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az 

Exit mobile version