Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycandan Belçikaya pul köçürmələri artıb
İqtisadiyyat Xəbərlər

Azərbaycandan Belçikaya pul köçürmələri artıb

Bu ilin birinci rübündə Azərbaycandan Belçikaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 832 min ABŞ dolları təşkil edib.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 318 min ABŞ dolları və ya 61,9% çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Belçikanın payı 0,7% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan Belçikaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 514 min ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Gundelik.az

Exit mobile version