Gundelik.az Dünya Belçika F-35 üçün hava məkanının çox kiçik olduğunu açıqlayıb
Dünya Siyasət Xəbərlər

Belçika F-35 üçün hava məkanının çox kiçik olduğunu açıqlayıb

Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, ölkənin hava məkanı F-35 döyüş təyyarələrinin təlim uçuşları üçün kifayət etmir. Bu səbəbdən Brüssel qonşu Fransa, İtaliya və Niderland ilə hava məkanından istifadə məsələlərini müzakirə edəcək.

Gundelik.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, nazir, həmçinin təyyarənin səs-küyünün aviabazaların yaxınlığındakı sakinlər üçün problem yaratdığını deyib. F-35-in bir uçuş saatı təxminən 50 min avroya başa gəlir. Belçika 2018-ci ildə 34 F-35A sifariş edib və artıq dördünü qəbul edib. Yeni F-35-lər alındıqdan sonra Brüssel Kiyevə 30 F-16 qırıcısı təhvil verəcək.

Gundelik.az 

Exit mobile version