Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi (APS) sammitində iştirak etməyə dəvət edib.
Gundelik.az-ın məlumatına görə, Paşinyan çərşənbə axşamı İrəvanda keçirilən “Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” forumunda bildirib ki, o, Türkiyə prezidentini rəsmi olaraq sammitdə iştirak etməyə dəvət edib və ümid edir ki, Ərdoğan dəvəti qəbul edəcək.
Baş nazirin sözlərinə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə daimi institusional əlaqələri mövcuddur və Ermənistan-Türkiyə münasibətləri doğru yoldadır. Paşinyan əlavə edib ki, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması sadəcə zaman məsələsidir və bu prosesin tamamlanması üçün nə qədər vaxt lazım olacağı hələ məlum deyil.
Gundelik.az

