Gundelik.az Dünya Belçika Fələstini dövlət kimi tanıyacaq
Dünya Siyasət Xəbərlər

Belçika Fələstini dövlət kimi tanıyacaq

Fələstini dövlət kimi tanıyan ölkələrin sayı artmaqda davam edir.

Gundelik.az-ın məlumatına görə, Belçikanın xarici işlər naziri Maksim Prevot Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı ölkəsinin Fələstini rəsmi şəkildə dövlət kimi tanıyacağını bəyan edib.

Nazir bildirib ki, Brüssel iki dövlətli həll yoluna sadiqdir və İsrailin törətdiyi soyqırıma görə ona qarşı sanksiyaların tətbiqi gündəmə gətirilə bilər.

Hazırda BMT-yə üzv 193 ölkədən 147-si Fələstini dövlət kimi tanıyır. Qeyd edək ki, Türkiyə 16 noyabr 1988-ci ildə elan edilən Fələstin Dövlətini tanıyan ilk ölkələrdən biri olub.

Gundelik.az 

Exit mobile version