Gundelik.az Ölkə 21 min manat vergi borcu olan şirkətin fəaliyyətinə xitam verildi
Ölkə Xəbərlər

21 min manat vergi borcu olan şirkətin fəaliyyətinə xitam verildi

“Caspian Coast Winery and Vineyards” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə xitam verilir.

Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.

Belə ki, MMC-nin fəaliyyətinə xitam verilərək “Top Properties” MMC-yə qoşulur. Buna görə də “Top Properties” MMC yenidən təşkil olunacaq.

“Caspian Coast Winery and Vineyards” MMC-nin hazırda dövlətə 21 390 manat vergi borcu var.

Nizamnamə kapitalı 9 458 024 manat olan MMC-nin qanuni təmsilçisi Mollayev Fuad Rayib oğludur.

Gundelik.az

Exit mobile version