“DTI Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı azaldılır.
Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.
“MMC-nin nizamnamə kapitalı 50 000 AZN-dən 100 AZN-ə endirilir”, – məlumatda bildirilib.
Sözügedən MMC bu ilin yanvarında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Krivonos Evgeni adlı şəxsdir.
Gundelik.az

