Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Vertiv Güç Sistemleri Limited Şirketinin Azərbaycan Respublikasındakı Filialı ləğv edilir. Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55, Aga Center 7-ci mərtəbə, ofis 701 ünvanına bildirə bilərlər. Qeyd edək ki, sözügedən şirkətin Azərbaycandakı filialı 2009-cu ildə dövlət qeydiyyatına alınıb.
