İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

21 min manat vergi borcu olan şirkətin fəaliyyətinə xitam verildi

“Caspian Coast Winery and Vineyards” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə xitam verilir.

Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.

Belə ki, MMC-nin fəaliyyətinə xitam verilərək “Top Properties” MMC-yə qoşulur. Buna görə də “Top Properties” MMC yenidən təşkil olunacaq.

“Caspian Coast Winery and Vineyards” MMC-nin hazırda dövlətə 21 390 manat vergi borcu var.

Nizamnamə kapitalı 9 458 024 manat olan MMC-nin qanuni təmsilçisi Mollayev Fuad Rayib oğludur.

Gundelik.az