Vertiv Güç Sistemleri Limited Şirketinin Azərbaycan Respublikasındakı Filialı ləğv edilir.
Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55, Aga Center 7-ci mərtəbə, ofis 701 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkətin Azərbaycandakı filialı 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əmrahov Mehdi Məhəmmədşah oğludur.
Gundelik.az

