“Holborn” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)nizamnamə kapitalı azaldılır.
Gundelik.az bu barədə şirkətə istinadən xəbər verir.
Bildirilib ki, MMC-nin nizamnamə kapitalı təsisçi Qasımov Namiq Şakir oğlunun öz payını götürərək təsisçilikdən çıxması ilə əlaqədar 3 125 manat məbləğindən 500 manat azaldılaraq 2 625 manat məbləğində müəyyən edilir.
Qeyd edilib ki, kreditorlar öz tələblərini 2 (iki) ay ərzində AZ1022, Bakı Şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 70 ünvanına bildirə bilərlər.
Sözügedən şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Rəhimov Fuad İlham oğludur.
Gundelik.az

