“A-Turbo Global Services” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 44 küçəsi ünvanına bildirə bilərlər.
Sözügedən şirkət 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin qanuni təmsilçisi Paraskevopoulos İoannisdir.
Gundelik.az

