ABŞ-nin 25 ən böyük ictimai və bələdiyyə pensiya fondu ölkə prezidentinin yeni tarifləri elan etməsindən sonra səhm qiymətlərində təqribən 169 milyard dollar itki ilə üzləşib.
Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.
Nəşr yazır ki, ABŞ prezidenti Donald Trampın açıqladığı tariflər ABŞ-nin ən böyük pensiya investisiya fondlarını əhəmiyyətli itkilərlə üzləşdirib: “Ən yaxşı 25 dövlət və yerli pensiya fondunun açıq şəkildə satılan səhmlərinin ümumi dəyərinin 169 milyard dollar itirdiyi təxmin edilir. Bu itkilər aprelin 3-dən 8-dək olan dörd ticarət sessiyasında qeydə alınıb” .
Məlumata görə, il ərzində ümumi fond itkiləri təxminən 249 milyard dollar təşkil edib.
Nəşr Birləşmiş Ştatlarda bütün dövlət pensiya sistemi üzrə itkilərin faktiki məbləğinin, daha çox olacağını güman edir.
Bundan əlavə, nəşr yazır ki, investisiya portfelləri ilə bağlı birbaşa itkilərdən başqa, dövlət və yerli pensiya fondları əlavə çətinliklərlə üzləşə bilər: “Faiz artımı uzunmüddətli iqtisadi tənəzzülə səbəb olarsa, gələcək illərdə fondlara pul axını əhəmiyyətli dərəcədə azala bilər”.
Gundelik.az

